“Yaxın günlərdə Sumqayıtda laboratoriyalar quraşdırılacaq”

763

“Məqsəd Azərbaycandakı xəstəxanaları gücləndirməkdir. Bu həkimlər 3 ay müddətində Bakıda və regionlarda xəstəxanalarda işləyəcəklər”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, bu layihənin məqsədi Azərbaycanın koronavirusa qarşı apardığı mübarizəyə dəstək verməkdir:

“Bura gəlmədən öncə İzmirdə 1 həftəlik təlim keçiblər və Azərbaycan hökuməti tərəfindən təyyarə ilə Bakıya gətirildilər. Bu layihə Türkiyə ilə Azərbaycan arasında münasibətlərin necə üstün səviyyədə olmasına dəlalət edir. Aylarla davam edəcək prosedur qısa müddətdə həll edildi”.

Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, millət vəkili Soltan Məmmədov bildirib ki, Fondun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə Ümümdünya Səhiyyə Təşkilatı ilə sıx münasibətlər qurulub və əməkdaşlıq aparılır: “Biz TƏBİB və Səhiyyə Nazirliyinə dəstək veririk. Bir neçə xəstəxanada koronavirusu müəyyən etmək üçün laboratoriyalar qurulub. Yaxın günlərdə Sumqayıt və Şəkidə də laboratoriyalar quraşdırılacaq. Ölkə üzrə tibb müəssisələrinin tibbi ləvazimatlar, süni tənəffüs aparatları ilə təmin olunmasına dəstək verilir. Mehriban xanım Əliyevanın tapşırığı ilə maarifləndirici layihələr həyata keçirilir”.

TƏBİB sədri Ramin Bayramlı koronavirusla mübarizə tədbirlərinə Heydər Əliyev Fondunun verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər