«Yay təcrübəsi» proqramı çərçivəsində tələbələrlə görüş olub

702

ARDNŞ-in «Yay təcrübəsi» proqramına start verildikdən sonra respublikanın bir sıra nüfuzlu ali təhsil ocaqlarının – Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad və «Qafqaz» Universitetlərinin, Sumqayıt Dövlət Univer­sitetinin «Azərikimya» İstehsalat Bir­li­­yi­nin müəssisələrində istehsalat təcrübəsinə başlamış bir qrup tələbəsi ilə Birlik rəhbərliyinin təqdimat xarakterli görüşü olub.

«Azərikimya»nın  konfrans zalında keçirilən görüşdə Birliyin Müşahidə Şurasının səd­ri, Milli Məclisin deputatı Muxtar Babayev gələcəyin kimyaçılarını salamlayıb, onlara Azərbaycanın strateji əhəmiyyətə malik olan neft-kimya sənayesinin texnoloji bazasının möhkəmləndirilməsi, Sumqayıtda ən yeni texnologiyalar əsasında yara­dılmış Texnologiyalar parkının, Qaradağda yaradılmaqda olan neft-kimya komplek­si­nin, Karbamid zavodunun, geniş bir sahəni əhatə edəcək Sumqayıt Kimya Texnolo­giyaları parkının gələcək perspektivləri haqqında məlumat verib.

Görüş zamanı tələbələrə videosüjetlər vasitəsilə Sumqayıtda ilk kimya müəssisəsinin yaradılmasından başlayaraq ölkənin neft-kimya sənayesinin bugünümüzədək keçdiyi ge­niş inkişaf yolu, «Azərikimya»nın müəssisələri və istehsal olunan müxtəlif kimya məh­sulları, onların ixrac coğrafiyası və s. barədə   də geniş məlumat verilib.

Qeyd edək ki, təcrübə keçdikləri müddət ərzində bağlanmış əmək müqaviləsinə əsasən mütə­xəssis kimi işə qəbul olan hər bir tələbəyə müvafiq əmək haqqı ödəniləcək və onlar həmin müd­­dət ərzində ARDNŞ-in digər əməkçiləri kimi müvafiq hüquqlardan istifadə edə bilə­cəklər. Gələcək kimyaçıların iş geyimi və yeməklə təminatı və s. də «Azərikimya» tərə­findən ödəniləcəkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər