Yazıçı Varislə daha bir görüş olacaq

664

Sabah saat 14: 30-da Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin təşkilatçılığı ilə S.Vurğun adına Mərkəzi Kitabxananın oxu zalında “Sənə inanıram” kitabının təqdimatı olacaq

“Sənə inanıram” yazıçı Varisin oxucularla üçüncü görüşüdür. Onun böyük oxucu auditoriyası toplamış “Sonuncu ölən ümidlərdir” və “Bir ovuc torpaq” romanları kimi bu romanın da mövzusu, əsasən, real həyatımızdan götürülüb. Sevgi və xəyanət, insanın cəmiyyətdə öz yerini tapa bilməməsi, xoşbəxtlik axtarışları son dərəcə dramatik və gözlənilməz süjet xətti ilə birlikdə axıradək oxucunu gərginlik içində saxlayaraq, maraqlı bir romanın yaranmasını təmin edib.

Yazıçı ilə canlı görüşmək, romanla bağlı suallarınızı birbaşa ona ünvanlamaq və cavab almaq istəyirsinizsə bu fürsəti əldən verməyin. Qeyd edək ki, görüşdə fəal iştirak edən, maraqlı suallar verən oxucular yazıçıdan hədiyyə olaraq imzalı kitab qazanacaqlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər