Yenə qar yağacaq, şaxta olacaq

805

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 21-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 8-13 dərəcə, bəzi yerlərdə 16 dərəcəyədək isti olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə,  aprelin 21-də havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8 dərəcə, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-5 dərəcə isti, bəzi yerlərdə 2 dərəcəyədək şaxta olacağı gözlənilir./lent.az/

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər