Yeni səyyar məscid hazırlandı – VİDEO

1540

Yaponlar dünyada daha bir ilkə imza ataraq 2020-ci ildə keçiriləcək Tokio Olimpiya Oyunlarına müsəlmanlar üçün “mobil məscid” hazırlayıb.

Publika.az xəbər verir ki, bu, ilk belə məscid formasıdır.

Yaponiya 2020-ci il Olimpiya Oyunlarında müsəlman ziyarətçilərin istifadəsinə “mobil məscid” hazılayıb. İçərisində dəstəmaz alınması üçün hər bir şərait yaradılan “mobil məscid” 50 nəfər üçün nəzərdə tutulub.

Səyyar məscid modeli ibadət saatlarında tribunalar ətrafında olacaq və müsəlman qonaqlar bundan istifadə edə biləcək. Son hazırlanma mərhələsində olan “mobil məscidlər”in dəqiq sayı açıqlanmır. İçərisində qibləni düzgün təyin edən kompaslar vasitəsilə 50 nəfər birlikdə namaz qıla biləcək.

Məlumata görə, ilkin modelinin təqdimatı keçirilən “mobil məscid”in qiyməti təxminən 900 min dollar dəyərində olacaq. Layihə icraçıları isə işin maya dəyərindən daha aşağı satışa çıxarılması üçün təkliflər irəli sürür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər