Yıldırım: Bizim qonşumuz ABŞ deyil, Rusiyadır

1220

Bizim qonşumuz ABŞ deyil, Rusiyadır və Ankara öz tarixi qonşuları ilə münasibətləri yaxşılaşdırmağa borcludur.

Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Baş nazir qeyd edib ki, Türkiyə və Rusiya mühüm strateji, siyasi və iqtisadi tərəfdaşdırlar:

 “Ankara və Moskva Suriyada böhranın nizamlanması ilə məşğuldurlar. Birləşmiş Ştatların Türkiyədən Rusiya ilə münasibətləri dayandırmağı tələb etməyə haqqı yoxdur”.

Türkiyə-ABŞ münasibətlərini şərh edən B.Yıldırım bildirib ki, Ankara və Vaşinqton arasında bir sıra problemlərin mövcud olduğu sirr deyil. Onlardan biri ABŞ-ın FETÖ terror təşkilatının lideri Fəthullah Gülənə dəstək verməsidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər