Yol polisi Sumqayıtda reyd keçirdi: piyadalara qarşı – VİDEO

1603

Sumqayıtda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir. sumqayitxeber.com xəbər verir ki, bu istiqamətdə Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərfindən şəhərin müxtəlif yerlərində yolun piyadalar üçün nəzərdə tutulmamış hissələrindən keçən şəxslərin müəyyən edilməsi məqsədilə reyd təşkil olunub. Yolu müəyyən olunmamış hissədən keçən piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər