Yol polisindən “plyonka xəbərdarlığı: Heç kimə güzəşt olmayacaq!

244

Son zamanlar ölkə ərazisində avtomobillərin yan şüşələrində qanunla qadağan olunmuş örtüklərdən (plyokalardan) istifadə edənlərin sayında artım müşahidə olunur. Bəzi sürücülər avtomobillərinin yalnız arxa yan şüşələrinə “plyonka” çəksələr də, bəziləri biraz da irəli gedərək avtomobilin hətta ön yan şüşələrini də tündləşdirirlər. Bu isə mövcud qanunvericiliyə görə qadağandır. Başqa iddialara görə isə yol polisi avtomobillərin belə idarə edilməsinə göz yumur.

Bu iddialar nə dərəcəsə həqiqətdir?

Milli.Az bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Kamran Əliyevin sözlərinə görə, mövcud qanunvericilikdə göstərilir ki, may ayının 1-dən noyabr ayının15-nə  qədər arxa küləyə qarşı olmayan şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.

“Sürücülər də konkret olaraq bu qaydalara riayət etməlidir. Əgər qanunvericilikdə şüşələrlə bağlı, onların işıqburaxma qabiliyyətinə dair hansısa bir dəyişiklik olarsa, biz bununla əlaqədar rəsmi məlumat verəcəyik. Amma hələki qanunvericiliyin tələbləri nədirsə, sürücülər onun tələblərinə riayət etməlidir. Sürücülər başa düşməlidir ki, qanunun tələblərindən kənara çıxdıqları təqdirdə məsuliyyətə cəlb olunacaqlar”.

Kamran Əliyev bildirib ki, plyonka da görünüşü məhdudlaşdırır, jalüz də.

“Amma qanunverilikdə plyonkadan və tündəşdirilmiş şüşələrdən yox, müəyyən müddət aralığında sənaye üsulu ilə hazırlanmış jalüzlərdən istifadəyə icazə verilir. Sürücülər rəsmi olmayan adamlarından eşitdikləri sözlə hərəkət etməməlidir. Rəsmi olaraq qanuna dəyişiklik edilməyibsə, mövcud qanunvericiliyə əməl etməyənlər cərimələnəcək. Yol polisi heç bir qayda pozuntusuna göz yummur”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər