Yolayrıcını sarı işıqda keçmək olarmı? – Nə qədər cərimə olunacağınızı buradan öyrənin

2969

Hamı svetoforun qırmızı işığında keçməyin qadağan olunduğunu bilir. Amma sarı işıq məsələsində o qədər də əminlik yoxdur. Ona görə izah etmək ehtiyacı yaranır. Sarı işıqda keçən zaman cərimələnə bilərsinizmi?

Bu suallara “Avtostop” layihəsinin rəhbəri Tural Yusifov aydınlıq gətirib.

Ilk olaraq biz YHQ 59-cu maddəyə uyğun olaraq svetoforun işıqlarının mənasına baxmalıyıq.

III. Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır:

1) yaşıl rəngli işığın yanması — bu siqnal hərəkətə icazə verir;

2) yaşıl rəngli işığın yanıb- sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər);

3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir;

4) sarı rəngli işığın yanıb-sönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir;

5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir;

6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir.

Buradan bir nəticə çıxır ki, svetoforun sarı işığında hərəkət etmək qadağandır. Qayda pozuntusu edənə İXM-nin 327.2- ci maddəsi ilə cərimə tədbiq ediləcək. 60 manat və 3 bal.

Lakin, svetoforun sarı işığında hərəkət etməyə icazə verən hallar var. YHQ 60-cı maddənin 4-cü hissəsinə əsasən, svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı əlini yuxarı qaldırdıqda, sürücü stop xəttdə dayan bilməyəcəksə, o zaman qəfil tormozlama olmaması üçün sürücü yolayrıcını keçə bilər.

IV. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir.

Bu məsələdə bir qədər çətinlik var. Situasiyanın özünü sübut etmək çox çətindir.

DYP əməkdaşı sürücüyə “sən dayana bilərdin” sübutunu edə bilməz, eyni şeyi də sürücü ona əksinə sübut edə bilməyəcək. YPX inspektorları adətən belə hallarda İXM 327.2-ci maddəni tədbiq etməyə üstünlük verirlər.

Üstəgəl, axı bu o demək deyil ki, sarı işıqda keçmək olar. Burada əsas məsələ sizin təhlükəsizliyinizdir. Risk etməyin. Sarı işıq gördünüzsə, qaz əvəzinə əyləci basın.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər