Yüksək nailiyyətlər qazanan Sumqayıt idmançıları mükafatlandırılıb

945

Oktyabrın 19-da Sumqayıtdakı Gənclər Evində Avropa və dünya birinciliklərində, kubok yarışlarında, həmçinin ikinci Avropa Oyunlarında yüksək nəticələr qazanmış şəhər idmançıları ilə görüş keçirilib. Tədbir Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, idmançıları və onların məşqçilərini yüksək nailiyyətlər münasibətilə təbrik edən Baş İdarənin rəisi Elgün Hümbətov ümummilli lider Heydər Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən danışıb, onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini diqqətə çatdırıb.

O, şəhərdə digər sahələrə olduğu kimi, bədən tərbiyəsi və idmana da yüksək diqqət və qayğının göstərildiyini, son dövrlərdə Azərbaycanın yığma komandalarının tərkibində Sumqayıt idmançılarının da uğurlar qazandığını bildirib.

Əməkdar bədən tərbiyəsi və idman xadimi, Prezident təqaüdçüsü Əhməddin Rəcəbli çıxış edərək məşqçi-müəllimlər adından ölkəmizdə, o cümlədən Sumqayıtda idmana və idmançılara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Sonra yüksək nəticələr qazanmış idmançılara Baş İdarə tərəfindən hədiyyələr təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər