Yüksək sürətin nəticəsi: sumqayıtlı qadın öldü, sürücü… – GORANBOYDA QƏZA

1143

Goranboyda ölümlə nəticələnən qəza baş verib. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Balakürd kəndi ərazisində qeydə alınıb. İdarəetmədən çıxan “BMW” öncə elektrik dirəyinə, daha sonra isə qaz borusuna çırpılaraq aşıb. Nəticədə hələlik şəxsiyyəti dəqiqləşdirilməmiş 1 qadın xəstəxanaya aparılarkən yolda keçinib. İlkin məlumata görə o, Sumqayıt sakinidir.

Xəsarət alan 29 yaşlı Tərtər rayon sakini – Tural Abdullayev isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirib. Qəzaya səbəb kimi yüksək sürət göstərilir. Avtomobilin dəydiyi qaz kəməri iki yerdən qırılıb və 3 yaşayış məntəqəsində 1000-dən artıq abonent qazsız qalıb. Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər