Zakir Fərəcov bu binanın sakinlərini sevindirdi

2844

Sumqayıt şəhərində 5-ci mikrorayon ev 18/132 ünvanında məskunlaşan sakinlərin dam örtüyü ilə bağlı narahatlığına son qoyulub.

Son illərdə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində şəhərdə geniş abadlıq-quruculuq işləri, sosial obyektlərin, yaşayış binalarının dam örtüklərinin, fasadlarının əsaslı təmiri, küçə və yolların, məhəllədaxili ərazilərin asfalt örtüyünün dəyişdirilməsi,qısa müddət ərzində 55 nümunəvi məhəllənin yaradılması və digər sosial problemlərin həlli istiqamətində işlər davam etdirilir.

Son üç il ərzində Sumqayıt şəhərində mənzil fonduna daxil olan 900-dən çox binanın dam örtüyü yenilənib. Ölkə başçısının müvafiq sərəncamları əsasında çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi məqsədilə ayrılan vəsait hesabına bu ildə də bu işlər davam etdirilir. İl ərzində şəhərin bir sıra yaşayış massivində yerləşən binaların dam örtüyü mərhələli şəkildə dəyişdirilməsi nəzərdə tutulub.

Sumqayıt şəhər 5-ci mikrorayon ev 18/132 saylı binanın şəhərin mənzil fonduna daxil olmadığı və kooperativ əsaslı olduğu üçün həmin yaşayış binasının dam örtüyünün vurulması ilə bağlı vəsait nəzərdə tutulmamışdır. Buna baxmayaraq, həmin bina sakinlərinin müraciətlərinə Sumqayıt şəhər İcra Hakimiyyətində baxılıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sözügedən binanın dam örtüyünün yenilənməsi ilə bağlı sərəncam verib. Şəhər rəhbərinin sərəncamından dərhal sonra  binanın dam örtüyünün yenilənməsi prosesinə başlanılıb.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər