Zakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olub

2357

Sumqayıt şəhər dənizkənarı bulvar ərazisində inşa olunan Muğam Mərkəzində  son tamamlanma işləri aparılır.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov görülən işlərlə yaxından tanış olub, tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, Sumqayıt bulvarında inşasına başlanılan Muğam Mərkəzi zirzəmi və iki mərtəbədən ibarətdir. Muğam Mərkəzinin konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait yaradılacaq.
İkimərtəbəli binadan ibarət olacaq Muğam Mərkəzində qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar fəaliyyət göstərəcək.
Mərkəzdə muğamın sirlərinə yiyələnmək üçün 14 sinif otağı nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər