Zakir Fərəcov polisləri təbrik etdi – FOTO

5080

Bu gün Azərbaycan Polisi yaranmasının 104-cü ildönümünü qeyd edir.
Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Sumqayıt Şəhər Polis İdarəsində tədbir keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, polis əməkdaşları iştirak edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov polis işçilərini əlamətdar gün münasibətilə təbrik edib, respublikada sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, müstəqil dövlətçiliyimizin qorunmasında, eləcə də 44 günlük Vətən Müharibəsində  Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu vurğulayıb.

Sumqayıt şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyev Polis işçilərini bayram münasibəti ilə təbrik edib.

Qeyd edib ki, Azərbaycan Respublikası DİN-in əməkdaşları xidməti fəaliyyəti ilə bu qələbəyə dəstək olub. Daxili Qoşunların 66 şəhidi, 346 yaralısı olub , 1370 nəfəri müxtəlif dövlət təltifi alıb, 4 nəfər isə Vətən müharibəsi Qəhrəmanı adına layiq görülüb. 2022-ci ilin ötən dövrü ərzində xidmətdə fərqləndiyinə görə 71 əməkdaş Daxili İşlər Nazirliyi, 98 əməkdaş isə Sumqayıt şəhər polis İdarəsinin rəhbərliyi tərəfidən mükafatlandırılıb.

Mərasimdə polis orqanlarında səmərəli fəaliyyətinə görə Sumqayıt şəhər Polis İdarəsinin bir qrup əməkdaşına və polis veteranlarına fəxri fərmanlar və pul mükafatları təqdim edilib.



www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər