Zakir Fərəcov sakinlərilə görüşdü, problemlərini dinlədi – FOTO

2808

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 2-ci mikrorayon ərazisində keçirib.

Şəhər rəhbəri qeyd edib ki, bir neçə il öncə şəhər sakinlərini narahat edən problemlərin böyük əksəriyyəti öz həllini tapıb. Mövcud problemlərin həlli istiqamətində əməli addımlar atılır.
Bildirilib ki, Sumqayıt şəhərində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.

Səyyar qəbul-görüşdə sakinlərin təklif, müraciət və şikayətləri  dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər