Zakir Fərəcov Sumqayıt əhalisinə VƏD VERDİ: "Sumqayıtlıların arzusu reallaşacaq"

5183

“Sumqayıt Şəhər İcra Hakimiyyətinin binası önündə yaşıllaşdırma ilə bağlı yeni gül kolları əkmişik. Hazırda sarmaşıqların əkilməsi effekt verməyə başlayıb və bitki böyüyür. Müəyyən vaxtdan sonra bina əvvəlki görkəminə qayıdacaq”.

Bunu Modern.az-a açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyib.

Onun sözlərinə görə, İcra Hakimiyyətinin əvvəlki binasının görünüşü qeyri-adi idi.

“Hesab edirəm ki, yaxın illərdə sumqayıtlıların arzusu reallaşacaq, problemləri öz həllini tapacaq. Həmin yaşıllıqlar yenidən öz görkəminə qayıdacaq. Çünki həmin bina qeyri-adi idi. Ümumiyyətlə, yaşıllaşdırma işlərinin aparılması çox yaxşıdır”.

İcra başçısı Sumqayıtdakı yeniliklərdən də söz açıb.

“Sumqayıtda hər gün yeniliklər baş verir. Sosial obyektlər, binaların fasadlarının təmiri, asfaltın yenilənməsi və quruculuq işləri davam etdirilir”-deyə Z.Fərəcov bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər