Zakir Fərəcov: “Sumqayıt şəhərində müasir kinoteatr olmalıdır”

1206

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərində müasir kinoteatrın olmasının vacibliyini vurğulayıb.
Bu sözləri şəhərin Nəriman Nərimanov küçəsində yerləşən Nizami Kinoteatrındakı vəziyyətlə tanış olarkən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov səsləndirib.
Qeyd olunub ki, bir zamanlar yüzlərlə tamaşaçının gəldiyi kinoteatr bu gün müasir tələblərə cavab vermir. Şəhər rəhbərinə məlumat verildi ki, 1960-cı illərdə inşa olunan “Nizami” kinoteatrının binasında bu günə kimi heç bir təmir işləri aparılmayıb. 600 nəfərlik zalda oturacaqlar yararsız vəziyyətdədir.
Şəhər rəhbəri qeyd edib ki, gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün kinoteatrdakı vəziyyət əlverişli deyil. Qısa müddət ərzində şəhərdə müasir tələblərə cavab verən kinoteatrın istifadəyə verilməsi zəruridir.
Zakir Fərəcov ərazidə sakinlərlə də görüşüb. Sakinlər görülmüş işlərə görə şəhər rəhbərinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, kinoteatrın qarşısındakı park da şəhər İcra Hakimiyyəti tərəfindən qısa müdətdə abadlaşdırılaraq sakinlərin ixtiyarına verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər