Zakir Fərəcov tərəfindən vətəndaşların növbəti səyyar qəbulu keçirilib - FOTO (VİDEO)

5056

 Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilən səyyar qəbul-görüş vətəndaşların təklif, müraciət və şikayətləri Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov  tərəfindən dinlənilib.

Səyyar qəbul-görüşdə vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin böyük bir qismi yerində həllini tapıb. Müvafiq araşdırma tələb edən digər məsələlərin həlli ilə bağlı tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və nəzarətə götürülməsi ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Görüşdə iştirak edən şəhər sakinləri Sumqayıtda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər