Zakir Fərəcov uşaq xəstəxanasında müalicə alan uşaqlara baş çəkdi – FOTOLAR

1852

Ötən həftənin axırlarında Sumqayıt şəhəri və ətraf qəsəbələrdə uşaqlar arasında yayılmış rotavirus infeksiyası ilə bağlı xəstəxanaya çatdırılan uşaqların müalicəsi davam edir. Son 4 gün ərzində müraciət edən uşaqların əksəriyyəti evə buraxılıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da uşaqların vəziyyəti ilə yaxından tanış olmaq üçün xəstəxanada olub. Şəhər rəhbəri bir-bir palataları gəzərək uşaqların vəziyyəti ilə yaxından tanış olub.

Şəhər rəhbərinə məlumat verildi ki, hazırda xəstəxanaya ağır vəziyyətdə daxil olan və kəskin reanimasyon tədbirlərə ehtiyacı olan xəstə yoxdur.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov mövcud vəziyyətlə bağlı tibb işçilərinə öz tapşırıq və tövsiyyələrini verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər