Zamiq: “11-12 yaşımda metrolarda alver edirdim”

1187

Müğənni Zamiq Hüseynov MTV-ə yayımlanan “3 canlı” proqramına qonaq olub.

O, verilişin xüsusi buraxılışında aparıcı Rəhim Rəhimlinin suallarını cavablandırıb. O, efirdə ikinci dəfə ailə qurması barədə yayılan xəbərlərə bir daha aydınlıq gətirib:

“O zamanlar üstümə çox düşdülər, dedim ki, toy olacaq. Toy mənim üçün xoşbəxtlik deyil. Mənim bir dəfə toyum olub. O anlar təmiz ağlımdan silinib. Özümə bunu “yox” deyə bilirəm. Bu gün güclü olmağımın səbəbi ötən illərimdir. İnsanın xoşbəxtliyi öz əlindədir. Nə xoşdursa, onu yaşayıram. Hər bir insan istəyər ki, qurduğu həyat xoşbəxtlik gətirsin. Bu da bir qismətdir. Həyatdır, yazılır, biz də yaşayırıq”.

Bundan əlavə, Zamiq canlı efirdə bildirib ki, onun həyatından kitab yazmaq istəyirlər: “Yaxın dostlarıma belə yaşadıqlarımı danışmağı sevmirəm. Bir-iki dəfə şair, yazar dostlarımıza danışmışam. Onlar həyatımdan kitab yazmaq istəyirdilər. İnsanlar şərh yazandan sonra həyatım barədə danışmağa başlamışam. Mənim 10 il əvvəl yaşayışımı görsəydiz, indi öz halınıza şükür edərdiz. Mən keçmiş illərimi fəxrlə danışıram. 11-12 yaşımda metrolarda alver edirdim. 16 yaşımdan sonra isə toylara getməyə başladım. Bütün xırdalıqları danışmaq istəmirəm”.

Sənətçi həmçinin proqramda atasının telefon işlətmədiyini vurğulayıb: “Atamın mobil telefonu yoxdur. Istəmir. O, təbiəti sevir, ağac əkir, bəhrəsini görür. İndi valideynlərim bağda qalır, şəhərə gələndə sıxılır, rahat olmur”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər