Zəngilanda “ağıllı kənd” layihəsinin reallaşdırılması başa çatır – Nazir müavini

899

Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin reallaşdırılması başa çatır.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bu gün Bakıda “Ağıllı şəhər” infrastrukturunun inkişafı sahəsində Rusiya şirkətlərinin işgüzar missiyası zamanı deyib.

“Qarabağda “ağıllı layihələr”in reallaşdırılması üzrə işlər davam edir. Bu işlər bizim üçün çox vacibdir. Biz artıq Zəngilanda “ağıllı kənd” layihəsini başa çatdırırıq. Bu cür işlər azad edilmiş ərazilərdə digər rayonlarda da davam edir”, – deyə nazir müavini bildirib.

O qeyd edib ki, Azərbaycan öz ərazilərinin işğalına son qoydu və sakinlərin oraya qayıtması üçün bütün şəraiti yaradır.

“İndi Qarabağda bərpa işləri davam etdirilir. Biz azad edilmiş ərazilərin potensialı barədə ətraflı məlumat təqdim edəcəyik”, – deyə nazir müavini vurğulayıb.

E.Əliyevin sözlərinə görə, Azərbaycan regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır.

“Biz buna hazırıq. Burada iştirak edən bütün şirkətlər həmin layihələrin iştirakçısı, eləcə də investorları ola bilər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər