𝐒𝐮𝐦𝐪𝐚𝐲ı𝐭 𝐬̧ə𝐡ə𝐫𝐢 𝐲𝐚𝐧𝐯𝐚𝐫-𝐦𝐚𝐫𝐭 𝐚𝐲𝐥𝐚𝐫ı𝐧𝐝𝐚 𝐧𝐞𝐜ə 𝐢𝐧𝐤𝐢𝐬̧𝐚𝐟 𝐞𝐝𝐢𝐛? - AÇIQLAMA

554

Sumqayıtda Ümumi məhsul buraxılışı yanvar-mart aylarında 12.9 % artıb.

İqtisadiyyat.az xəbər verir ki, Sumqayıtda 2023-cü ilin yanvar-mart aylarında 1107,3 milyon manat olan ümumi məhsul buraxılışı 2024-cü ilin müvafiq dövründə 1250,0 milyon manata çatıb və 12,9% artım göstərib.

Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Sənaye məhsullarının buraxılışı 908,9 milyon manatdan 990,0 milyon manata yüksəlib, bu da 8,9% artım deməkdir.

Tikinti və quraşdırma sahəsində investisiyalar 44,0 milyon manatdan 50,0 milyon manata qalxıb, 13,6% artım olub.

İnformasiya və Rabitə Xidməti sektorunda məhsuldarlıq 18,4 milyon manatdan 24,2 milyon manata qalxıb, 31,5% artım olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə Nəqliyyat və Anbar Təsərrüfatı 4,5 milyon manatdan 7,2 milyon manata qalxaraq, 60% ilə ən yüksək inkişaf ı olan sektor olub.

Sumqayıtda orta aylıq əmək haqqı 805,2 manatdan 899,2 manata qalxıb, bu da 11,7% artım deməkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər