1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Sumqayıtda qeyd olundu

2476

Sumqayıt şəhərində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Uşaqlar bizim gələcəyimizdir ” mövzusunda tədbir keçirilib.

Sumqayıt Dövlət Dram Teatrında təşkil edilmiş tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Sumqayıt şəhərində səfərdə olan Almaniyanın Lüdviqshafen şəhərinin meri xanım Yutta Ştaynruk və nümayəndə heyətlərinin üzvləri iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Lüdviqshafen şəhərinin meri xanım Yutta Ştaynruk çıxış edərək uşaqları “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə təbrik edib, onlara onlara xoşbəxtlik və səadət, firəvan həyat, uzun ömür, can sağlığı arzulayıb.

Bayram tədbiri uşaq bağçası – körpələr evinin balaca fidanlarının ifasında bir – birindən maraqlı , rəngarəng musiqi nömrələri, vətənpərvərlik mövzusunda hazırlanmış ədəbi kompozisiya və rəqslərlə davam etdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər