2025-ci il Azərbaycan iqtisadiyyatı üçün nə ilə yadda qaldı? – TAHİR MİRKİŞİLİ AÇIQLADI

260

“2025-ci il Azərbaycan iqtisadiyyatı üçün sabit, struktur baxımından əhəmiyyətli il kimi yadda qaldı: ümumi artıma nail olundu, lakin artımın əsas yükünü qeyri-neft-qaz sektoru daşıdı; inflyasiya idarəolunan diapazonda qaldı; pul-kredit siyasəti il ərzində yumşaldıldı; enerji ixracı, Cənub Qaz Dəhlizi və Orta Dəhliz üzrə strateji gündəm aktual qalmağa davam etdi”.

İqtisadiyyatın makro mənzərəsində ÜDM-in sabit artımı, qeyri-neft-qaz sektorunun çəkisinin dayanıqlı artması əsas xəttləri müəyyən etdi. Belə ki, 2025-ci ilin 11 ayında ÜDM 1,6% artdı; bu dövrdə neft-qaz sektoru 1,8% azaldı, qeyri-neft-qaz sektoru isə 3,2% artdı. Bu dinamika 2025-də əsas yadda qalan xətti göstərdi: artımın mənbəyi daha çox qeyri-neft-qaz fəaliyyətləri oldu

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin noyabrında illik inflyasiya 5.5% oldu. Daxili bazarda aktivlik göstəricilərindən: pərakəndə ticarət dövriyyəsi (yanvar–noyabr) 3,7%, əhalinin nominal gəlirlərin isə 8.1%, orta aylıq nominal əməkhaqqının təqribən 9.5% artaraq 1086,3 manat təşkil etməsi kimi 2025-də istehlakın dayanıqlı trayektoriyasını göstərir. Əhalinin banklardakı əmanətlərinin həcmi 11.5% artaraq 15.9 mlrd manata, iqtisadiyata kredit qoyuluşları isə 8.3% artaraq 31.1 mlrd manata çatdı.

Mərkəzi Bankən 2025 üçün 4±2% inflyasiya hədəfi çərçivəsində qiymət sabitliyini əsas mandat kimi saxladığını və 2025-in ilk 9 ayında qərarlarını bu çərçivədə verdiyini müşahidə edildi. İl sonuna doğru Mərkəzi Bankın kommunikasiya xəttində “yumşalma” daha açıq göründü: uçot dərəcəsinin 7,25%-dən 6,75%-ə endirdi.

2025-ci ilin 11 aylıq dövrü üzrə qeyri-neft-qaz ixracı 7.3% araraq 3.3 mlrd ABŞ dollarını keçdi. 2025-in ilk 11 ayında Azərbaycanın ümumi qaz ixracı 22.8 mlrd m³-ə çatdı. TAP (Trans Adriatic Pipeline) xətti ilə Avropaya çatdırılan qazın ümümu həcminin 50 mlrd m³ həddini keçdiyi qeydə alındı. Həmçinin, 2025-də enerji gündəmində marşrut və bazar şaxələndirməsi mövzusu daha da qabardı: SOCAR xətti ilə Türkiyə üzərindən Suriyaya ilk dəfə illik 1,2 mlrd m³ qaz ixracı razılaşdırıldı. İxracımız idxalımızı təqribən 1.5 mlrd ABŞ dolları üstələdi.

2025 ci il Orta Dəhliz üzrə yükdaşımalarn 15% artaraq 5.2 mln tona çatacağı gözlənilir. 2027-ci ilə qədər marşrutun ötürücülük qabiliyyətinin ildə 10 milyon tona qədər artacağı ehtimalı var ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastrukturun inkişafına əlavə investisiyaların cəlb edilməsi üçün dayanıqlı zəmin yaradacaq.

Beləliklə, 2025-ci ili makro-iqtisadi sabitlik, müəyyən edilmiş iqtisadi hədəflərə çatmaq yönümündən əhəmiyyətli bir il kimi yadda qaldı.

Tahir Mirkişili, millət vəkili

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər