2025-ci ildə yaşayış minimumu 305 manat OLACAQ

203

2025-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində proqnozlaşdırılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.

Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi isə 285 manat götürüləcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər