22 il əvvəl bacısına təcavüz etdi, illər sonra isə qızına… – Azərbaycandakı olay HAMINI ŞOKA SALACAQ

1110

Abşeron rayonunda namus üstündə bacanağını öldürməkdə təqsirli bilinən Teymur Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Teymur Babayev 2018-ci il iyulun 26-da, gecə saatlarında yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinə gəlib. O, övladı Səbinənin həyətdə bikef oturduğunu görüb.

Qızı xalasının ərindən və bibisi oğlundan şikayət etdi

Teymur Babayev qızından bikef olmasının səbəbini soruşub. Səbinə sərxoşluq vəziyyətində olan xalasının əri Mədət Əliyev və bibisi oğlu Xəyyam Məmmədovun bir neçə dəqiqə öncə burada olarkən ona pul qarşılığında cinsi əlaqədə olmağı təklif etdiklərini bildirib.

Bundan sonra Teymur Babayev Mədət Əliyevin istifadəsində olan mobil telefon nömrəsinə zəng edib və onun hərəkətinin mahiyyətini aydınlaşdırmağa çalışıb. Həmin vaxt Mədət Əliyev ona təhqiredici ifadələr işlədib. Buna görə də o, telefonu söndürüb.

Daha sonra Mədət Əliyev ona zəng edib, mübahisələrinə aydınlıq gətirmək üçün Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev küçəsindəki “quyu” adlanan əraziyə gəlməyi tələb edib.

“Quyu” başında dava

Teymur Babayev Mədət Əliyev tərəfindən ünvanına nalayiq söyüşlər söyməsi və övladı Səbinəyə əxlaqsız təklif etməsinə görə qisas alıb, onu cəzalandırmaq məqsədilə yaşadığı evin mətbəxindən götürdüyü bıçağı əynindəki şalvarın arxa cibinə qoyub.

Sonra o, “quyu” adlanan əraziyə gəlib. Ərazidə onu gözləyən Mədət Əliyevə əl ataraq yaxasından yapışıb, aralarındakı qarşılıqlı dalaşma zamanı cibindən yerə düşən həmin bıçağı götürərək onun bel nahiyəsinə xəsarət yetirib.

Qətl

Mədət Əliyev həmin vaxt xəstəxanaya yerləşdirilib. Ona ixtisasli tibbi yardım göstərilməsinə baxmayaraq iyulun 28-də vəfat edib.

İstintaq orqanı tərəfindən Teymur Babayevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişim ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

“Pul müqabilində cinsi əlaqədə olmağı təklif etdiklərini söylədi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur Babayev bildirib ki, usta işləmiş mərhum Mədət Məmmədovun yanında fəhləlik edib. Onun sözlərinə görə, iyulun 26-da, saat 20 radələrindən Mədət, bacısı oğlu Xəyyam və iş yoldaşı İlqar Səmədov ilə Saray qəsəbəsində yerləşən “Yetər” şadlıq sarayının arxasındakı pivəxanada pivə içiblər: “Bir-iki saat keçdikdən sonra Xəyyam və Mədət kafeni tərk etdilər. İlqarla mən isə pivə içməyə davam etdik. İlqarla bərabər evə qayıdarkən övladım Səbinənin çöldə kefsiz oturduğunu, qarşısında qonşuluqda yaşayan Sadifin dayandığını gördüm. Ondan nə baş verdiyini soruşdum. Qızım Xəyyamla Mədətin ona pul müqabilində cinsi əlaqədə olmağı təklif etdiklərini söylədi”.

“Söhbətimin olduğunu bildirdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, qızının bu sözlərindən sonra Mədətə zəng edib və ondan harada olduğu, Xəyyamla bir yerdə olub-olmadığı ilə maraqlanıb: “Cavabında Mədət məni nalayiq ifadələrlə təhqir etdi, telefon əlaqəsini kəsdi. Bir qədər sonra Mədət yenidən zəng edərək, Heydər Əliyev küçəsindəki “quyu” adlanan yerə gəlməyimi tələb etdi. Özümü müdafiə etmək və etdiyi hərəkətə görə Mədəti cəzalandırmaq məqsədi ilə mətbəxdən taxta dəstəkli mətbəx bıçağını götürdüm. Sonra Mədətin dediyi yerə gəldim. Orada Mədəti bacısının əri ilə birlikdə dayandığını gördüm. Mədətin yaxasından tutdum və onunla söhbətimin olduğunu bildirdim”.

“Dəqiq xatırlamıram”

Təqsirləndirilən şəxs deyib ki, Mədət onun əlindən çıxmaq istəyəndə qarşılıqlı olaraq dartışıblar və qəflətən ayağı sürüşərək yerə yıxılıb: “Yerdə qarşılıqla dava zamanı bıçaqla onun qarın nahiyəsinə bir zərbə vurdum. Bu zaman Mədət yarasını tutaraq məndən aralandı. Ola bilsin içkili və həyəcanlı olduğumdan Mədətin bədəninin dəqiq hansı nahiyəsinə xəsarət yetirdiyimi xatırlamıram. Orada olan Mədətin bacısını əri Şərif bıçağı mənim əlimdən almağa çalışsa da, buna nail ola bilmədi. Səhəri gün Mədətin aldığı xəsarətdən xəstəxanada öldüyünü eşitdim”.

“Bacıma görə yox, qızıma görə zərbə vurdum”

Teymur Babayev bildirib ki, Mədəti 1996-cı ildə digər bacım Səlbinaz ilə zorla cinsi əlaqədə olmasına görə deyil, öz qızı Səbinəyə əxlaqsız təklif etdiyi və onun özünün ünvanına nalayiq ifadələr işlətdiyi üçün bıçaqla zərbə endirib.

9 il cəza

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin hökmü ilə Teymur Babayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Teymur Babayev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib. Zərərçəkmiş şəxsin hüquqi varisi də apelyasiya şikayəti verib. O, Teymur Babayevin cəzasının ağırlaşdırılmasını, cinayətin digər iştirakçılarının müəyyən olunması üçün işin prokurorluğa qaytarılmasını istəyib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, hər iki tərəfin şikayəti təmin olunmayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər