Müstəqillik hər bir xalq üçün əvəzolunmaz nemətdir. Əcdadlarımız bu neməti qazanmaq üçün əsrlərlə mübarizə aparmış və bu yolda minlərlə qurbanlar vermişlər. Ulu öndər Heydər Əliyev demişdir: ” Müsəlman Şərqində ilk demokratik Cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik , azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, ziyalıları, mütəfəkkir adamları xalqımızda milli azadlıq , milli oyanış əhval –ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”. Müsəlman Şərqində bir çox ilklərə imza atmış Azərbaycan Respublikasının ən böyük, möhtəşəm ilki Azərbaycanın müstəqilliyinin qazanmasıdır. Hər bir xalq üçün müstəqillikdən böyük heç bir şey ola bilməz.
23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti -1918-ci il mayın 28 – də özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradaraq, xalqımızın müstəqillik əzmini nümayiş etdirmiş və bunu dünyaya bəyan etmişdir. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik , azadlıq hisslərini daha da gücləndirdi. Demokratik respublika qurmaq istəyini qarşıya məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti yaradılmış, dövlət atributları təsis olunmuşdur. Beynəlxalq Diplomatik müstəvidə milli maraqların qorunmasında Cümhuriyyət mühüm addımlar atmışdır. Parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi , iqtisadi və mədəni inkişafın təmin olunmasında əsaslı rol oynamışdır.
Bu gün artıq işğaldan azad olunmuş Şuşada Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Ali Baş komandan İlham Əliyev demişdir:” Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur.”
Hal hazırda Preziden İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik , hüquqi , dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisdi və sosial islahatlar uğurla həyata keçirilir, xarici dövlətlərlə hər tərəfli Beynəlxalq münasibətlər inkişaf edir, balanslaşdırılmış siyasət nəticəsində Cənubi Qafqazda sabitlik təmin olunur, Azərbaycan Avropanın əsas enerji təchizatçılarından birinə çevrilir. Qazanılmış
nailiyyətlər hər birimizdə qurur hissi doğurur. Ən qururverici hadisələrdən biri güclü, qüdrətli ordumuzun yardılması, onun müasir silahlarla təchiz olunmasıdır. Müzəffər Ali Baş komandanımızın və qüdrətli ordumuzun sayəsində 30 illik həsrətdən sonra torpaqlarımız düşmən tapdağından azad edilmişdir. Hücüm əmrini verərək Qələbə hissini bizə yaşatdığı üçün biz Ali Baş Komandana minnətdarıq . Böyük Qələbə milli yaddaşların qızıl fondudur, müstəqillik tarixinin qızıl səhifəsidir. Bu möhtəşəm Qələbənin ən başlıca səbəbi cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, millibirlik, döyüşçülərimizin qəhrəmanlığı , vətənpərvərliyi, ruh yüksəkliyi idi.
Ölkəmizin müstəqilliyinin keşiyində daim əzm və mətanətlə dayanmağı gənclərimizə təbliğ etmək , öyrətmək biz ziyalıların , müəllimlərin vəzifəsidir. Əvəzsiz nemət olan müstəqilliyimizi qoruyub saxlamaq üçün hər birimiz öhdəmizə düşən vəzifəni ləyaqətlə yerinə yetirməli və cənab Prezidentimizə , bu çətin, lakin şərəfli işində dəstək olmalıyıq. Azərbaycan Prezidentinin əsas missiyalarından biri dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu
şəhər və kəndlərimizi yenidən qurmaq, öz yurd –yuvalarından didərgin düşmüş soydaşlarımızı evlərinə qaytarılmasıdır. Qayıdış strategiyasını uğurla başa çatdırmasında Cənab İlham Əliyevə və xalqımıza uğurlar arzulayıram. Arzu edirəm ki, “Dəmir “ yumruğun gücü o qədər artsın ki, yağı düşmənlər baş qaldıran zaman onların başlarını daha əzmlə əzib məhv edək.
QOY MÜSTƏQILLIYIMIZ ƏBƏDİ VƏ DAIMI OLSUN!
28MAY- MÜSTƏQILLIK GÜNÜNÜZ MÜBARƏK!
Hüsniyyə İbrahimova, Sumqayıt şəhər Anar Şükürov adına 25 nömrəli tam orta məktəbin Əməkdar müəllimi
Müzakirə qapadılmışdır.