3 sentyabr Azərbaycan milli dövlətçilik quruculuğunun təməl tarixidir

520

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Bu milli dövlətçilik quruculuğunun təməlləri isə Naxçıvanda atılmışdır. Bu mənada 1990-1993-cü illəriUlu Öndərin siyasi irsinin Naxçıvan dövrü kimi xarakterizə etmək olar.Qeyd edək ki, Naxçıvan parlamentinin 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası yeni tərkibdə və onun sədrliyi ilə işinə başlamışdır. 1991-ci ilin 3 sentyabr tarixində isə Muxtar Respublikanın Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçilmişdir.

Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi məhz Heydər Əliyevin adı ilə bağlıdır.Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli və ay-ulduzlu Dövlət bayrağı Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilmişdir.Ulu Öndər bu haqda belə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.

Heydər Əliyevin yüksək siyasi səriştə və cəsarəti nəticəsində Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarılmış, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırılmış və Sovet ordusu birlikləri Naxçıvan MR ərazisindən çıxarılmışdır. Onun gərgin fəaliyyəti və səyləri sayəsində blokada şəraitində yaşayan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələr formalaşdırılmış, sabitlik təmin edilmiş və sosial-iqtisadi vəziyyət yaxşılaşdırılmışdır. Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığaəsaslanan ilk rəsmi təmaslar təşkil olunmuşdur. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanmasının bu baxımdan müstəsna əhəmiyyəti olmuşdur.

Ulu Öndər Heydər Əliyevin xüsusi təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” qərarı qəbul edilmişdir ki, bu da dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşdirmişdir.Bir sözlə, Naxçıvan MR Ali Məclisində gündəliyə çıxarılan məsələlər vəqəbul edilən tarixi qərarlar, ümumilikdə, milli dövlətçiliyimizə yeni nəfəs vermiş, gələcək Azərbaycanın müstəqilliyini və suverenliyini şərtləndirmişdir. Bu gün qalib Ali Baş Komandan, Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin siyasi fəaliyyəti həmin təməllər üzərində uğurla davam etdirilir.

Avtandil Ağbaba,

QAİ-nin Ziyalılar Şurasının üzvü,

əməkdar jurnalist, filologiya elmləri doktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər