Sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərə hazırlıqla əlaqədar 43 saylı Sumqayıt üçüncü seçki dairəsində keçirilən treninqlər uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) keçirdiyi treninqlərə məntəqə seçki komissiyaların sədrləri, katibləri və üzvləri olmaqla ümumilikdə 216 nəfər cəlb edilib. Gündə iki sessiya təşkil edilməklə keçirilən təlimlərdə seçki günü məntəqələrdə yarana biləcək məsələlərə aydınlıq gətirilib.
Təlimləri aparan Aygün Zülfüqarlı seçki günü məntəqə seçki komissiyaları üzvlərinin səsvermə başlayandan səslərin hesablanması prosesinədək hər bir üzvün rolu və vəzifələri haqqında müfəssəl məlumat verib. Dialoq formatında keçən treninqlərdə seçki gününə dair bir çox vacib məsələlərə toxunulub, ortaya çıxan suallar cavablandırılıb.
Müzakirə qapadılmışdır.