Bərdə rayonunda evdə yanğın 6 yaşlı qızın ölümü ilə nəticələnib.
sumqayitxeber.com FHN-nin saytına istinadən xəbər verir ki, hadisə Güloglular kəndində baş verib. Ümumi sahəsi 44 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 22 m2 sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Novruzova Ruqiyyə Samir qızının yanmış cəsədi aşkar olunub.
Yanğın zamanı daha 1 nəfər müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən Bərdə Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Müzakirə qapadılmışdır.