Sumqayıtda idman zalında 7 yaşlı Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan idmançı Mehman Xəlilovovin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
İş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İstintaq dövründə M.Xəlilovun ittihamı ağırlaşdırılıb.
Belə qənaətə gəlinib ki, təqsirləndirilən şəxs zərəçəkmişi xüsusi amansızlıqla öldürüb.
Ona qarşı yekun olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Bu maddənin sankisya həddində 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Əvvəl isə 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılmışdı.
Müzakirə qapadılmışdır.