8 Mart sizin üçün nə deməkdir?

1300

8 Mart Qadınlar Gününə sayılı günlər qalıb. Qadınların bəşəriyyətin mövcudluğu və həyatındakı rolu barədə bir-birindən dəbdəbəli ifadələr işlətmək olar. Ancaq bu ifadələr hər kəsə tanış olduğundan təkrarçılığa lüzum görmürük. Sadəcə Qadınlar bayramı ilə bağlı keçirdiyimiz mini-sorğunu diqqətinizə çatdırırıq. Qadınlar və həmin gün onlara diqqət göstərməli olan kişilər üçün 8 Mart nə deməkdir? Respondentlərimizin fikirlərini olduğu kimi sizlərə təqdim edirik. Əvvəlcə, başlayaq bayranlarını qeyd etməyə hazırlaşan zərif cinsin nümayəndələrindən.

Nilufər Elçinqızı, APİ-nin tələbəsi:

– Sadəcə diqqət mərkəzində olmaq üçün və naz edə biləcəyim anlar və zamanla dolu olacaq bir gün… bununla bərabər adi günlərdən biri.

Şəfa Rzayeva, 13 saylı orta məktəbin müəllimi, Gənc Müəllimlər Şurasının sədri:

– 8 Mart mənim üçün ilk növbədə anaların bayramıdır, sonra isə bütün xanımlara diqqətin təzahürüdür. 8 Mart – xüsusi diqqət, qayğı, təbəssüm, sevincdir. Sadəcə olaraq, bir telefon zəngi biz xanımların üzündə, ürəyində xüsusi təbəssüm, sevinc, xoşbəxtlik hissi yaradır. Ətrafımızda olan bütün sevdiyimiz, hörmət etdiyimiz xanımlara, ən əsası analarımıza nəyin ki, ilin bir günü, çalışaq, hər gün ən azından bu gözəl hissləri bəxş edə bilək.

Lalə Tanrıverdiyeva, 13 saylı orta məktəbin müəllimi, Gənc Müəllimlər Şurasının üzvü:

– 8 Mart – Biz qadınlar üçün çox önəmli və əvəzedilməz bir gündür. Düzdür, bizim vaxtlar elədir ki, kişilərimiz unudurlar ki, 8 Martdan da başqa vaxt var xanımları yada salmağa, amma onları da qınamıram, çünki həmişə müsahid şərait yoxdur. Amma xanımlar kişilərdən hər gün olmasa da, ayda bir dəfə gözlədiyini, ən çox da 8 Mart günündə gözləyir. 8 Martda kişilərimiz heç olmasa bir qızılgüllə xanımlarımızı sevindirsələr əla olar. Düzdür, hər şey hədiyyə ilə ölçülmür. Amma bəzən xanımlarımızın kövrək qəlblərini oxşamaq da lazımdır.

Leyla Bayramova, bağça tərbiyəçisi:

– 8 Mart hər bir qadının həyatında önəmli gündür. Qayğı, istək, diqqət deməkdir. Həmin gün biz xanımları ən azından bir dəstə güllə xatırlamağınızdır.

Günel Rəcəbova, İREX Sumqayıt İcma Məlumat Mərkəzinin administratoru:

– 8 Mart mənim üçün öncə gözəl bir gündür, bayramdır. Həmin gün özümü, anamı digər günlərə nisbətən daha çox sevindirməyə çalışıram.

Aytən Seyidova, abituriyent:

– 8 Mart Beynəlxalq Qadınlar Günü ən azından ilin bir günü, məhz bu günü diqqət və qayğı istəyən qadınlara qarşı qadın həmrəyliyi istəyən bir xanım tərəfindən elan olunmuşdur. Məhz bu gündə qadınlar özlərinə qarşı diqqətin olmasını arzulayır. İlin bu gözəl günündə onları kiçik bir hədiyyə ilə sevindirmək vacibdir. Qadınlar tək bu gündə yox, ümumiyyətlə, ilin hər bir günündə hörmət və nəvazişə layiqdir. Ümumiyyətlə, Azərbaycanda qadınlara bu xüsusi gündə hörmət, nəvaziş, qayğı həmişə var.

Bəs kişilər nə düşünür? Bu gün onlar üçün nə deməkdir?

Fərid Ağahüseynov, “İqtisadçı-Mühasib” Mərkəzinin direktoru:

– 8 Mart Ümumdünya Qadınlar Günüdür. Qadınlara tək 8 Martda deyil, hər gün o qayğını, nəvazişi göstərmək lazımdır. Vacib deyil ki, məhz həmin gün onlara hədiyyə alınıb, xoş sözlər deyilsin. Onlar diqqət və qayğıya gündəlik layiqdirlər. Bu bütün kişilərin öz xanımları üçün xoş təəssüratlar yarada biləcəyi bir gündür. Əziz qadınlar bizim sizsiz, sizin bizsiz bir gününüz olmasın.

Müqabil Nuriyev, proqramçı:

– 8 Mart mənim üçün anamın, bacımın və nişanlımın simasında bütün xanımlarımızın bayramı deməkdir. Bu bayram gününə hələ 3-4 gün öncədən hazırlaşıram. Hazırlaşıram, deyəndə ki, pulumu toplamağa başlayıram. Hər halda minimum 3 hədiyyə almalı olacam. Hədiyyəni verərkən onların üzündəki sevinci görəndə sanki mən də öz hədiyyəmi alıram.

Nihat Qurbanov, təhkükəsizlik xidmətinin əməkdaşı:

– 8 Mart hamı kimi mənim üçün də Ümumdünya Qadınlar günüdür. Həmin günü hamı kimi mən də ətrafımda olan xanımları – anamı və bacımı təbrik edəcəm. Mənim fikrimcə şərt deyil ki, mütləq hədiyyə alasan. Quruca təbrik, onun qəlbini oxşamaq, əzizləmək yetər.

Elçin Əhmədov, mühəndis:

– 8 Mart bütün dünya qadınlarının bayramıdır. Amma mən bu günü Azərbaycan qadınlarına aid edirəm. Çünki bir qadın kimi öz vəzifəsinin öhdəsindən layiqincə gəlmək onlar üçün daha vacibdir. Mən bu xüsusiyyətinə görə Azərbaycan qadınlarını dünyada ən gözəl, ən alicənab, ən ailəcanlı qadınlar hesab edirəm.

Zaur Rafiqli, elektrik:

– 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Bu bayram münasibətilə anamı, bacımı və onların timsalında bütün Azərbaycan xanımlarını təbrik edirəm.

Turan Məmmədov, tələbə:

– 8 Mart Ümumdünya Qadınlar Günü – bayramıdır. Bu bayramda hər bir kişi öz anasını, bacısını, sevdiyi şəxsi təbrik edir, ona hədiyyə alır. Mən də indidən 3 hədiyyə alıb 8 Mart gününü gözləyirəm.

Elxan, bomj:

– Ala, pul var ki, qadınları, bayramı da yada salaq?! Mən heç bilmirəm, neçənci ildir, hansı aydır, o ki, qaldı bayramı biləm.

Elmir Ağayev, “168saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Bahar
    Mart 18, 2011 - 00:56

    YAXSI KI,BU 8 MART VAR.HEC OLMASA ILDE BIR DEFE DE OLSA ELLERINDE GULNEN GELIRLER EVE.O DA HAMISINA AID DEYIL HEC)))EYBI YOX,YAXSI KISHI OZU QADIN UCUN EN GOZEL HEDIYYEDIR)))

  • aziza
    Fevral 28, 2012 - 21:58

    cox gozel di

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər