Sumqayıtda 99 yaşlı Hamayıl Muxtar qızı Hüseynəliyevaya 3-cü doza COVID-19 virusu əleyhinə peyvənd vurulub.
Peyvənd Sumqayıt şəhər 4 saylı Ailə Sağlamlıq Mərkəzinin həkimləri tərəfindən H.Hüseynəliyevanın yaşadığı evdə həyata keçirilib. O, hazırda özünü yaxşı hiss edir.