Əbülfəs Qarayev Sumqayıtda görülən işlərdən danışdı: “Var olsun bu əllər!”

665

Sumqayıt şəhərində təxminən 8 ay öncə olmuşdum. Açığını deyim şəhərin girişindən başlayaraq getdiyimiz yolda özümü başqa bir məkanda hiss etdim. Gözlənilməz dərəcədə yeniliklər, gözlənilməz dərəcədə təmizlik, genişlik, abadlıq işləri görülüb. Bütün bu işlər sumqayıtlıların əməyi ilə, zəhməti ilə düzəlib. Var olsun bu əllər!”

Bu sözləri Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışında iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səsləndirib.

“Mən rayonlarda, bölgələrdə tez tez oluram və görürəm ki, dövlətimizin siyasəti insanlarımızın iqtisadi vəziyyəti ilə məhdudlaşmır, eyni zamanda onların mənəvi zənginləşməsinə də böyük önəm verilir.

Sumqayıtda olarkən mən bunu hiss etdim ki, reallıq bundan ibarətdir ki, görülən işlərin hamısı insanlar üçündür..Çünki gənclərimiz bu musiqi məktəblərinə gedəcək, muzeylərə gedəcək, Azərbaycan mədəniyyətinə qovuşacaqlar. Bu insanlar teatrın qapılarını açaraq tamamilə başqa bir dünyaya daxil olacaqlar. Teatr cəmiyyəti qabağa aparan bir qüvvədir. Teatr cəmiyyətin aynasıdır. O aynada əks olunan mənzərələr, səhnələr bizim hamımızın ürəyinə, nazik tellərinə toxunan səhnələrdir.”

“Zakir müəllimin təkidi ilə, onun təşəbbüskarlığı ilə bu teatrda yenidənqurma işlərinə başlanıldı.”

Ölkəmizdə teatrın inkişaf üçün dövlət proqramları tərtib olunub, cənab Prezident tərəfindən lazımi maliyyə dəstəyi də göstərilib. Lakin bu Sumqayıt Teatrının bu günü mənim üçün xüsusi sevinc gətirir. Bu teatr vaxtilə öz fəaliyyətini müxtəlif təşkilatların binalarında göstərib. Son ilərdə cənab Prezidentin qəbul etdiyi qərarlara əsasən bu bina bilavasitə teatra məxsus oldu. Dərhal Zakir müəllimin təkidi ilə, onun təşəbbüskarlığı ilə bu teatrda yenidənqurma işlərinə başlanıldı. İndi teatr kollektivinə üzümü tutaraq deyirəm ki, bu cür məkanda hansısa maraq doğurmayan tamaşaları səhnələşdirmək mümkün deyil. Burada ən böyük zövqə malik, tələblərə cavab verən tamaşalar qoyulmalıdır.

“Mən əminəm ki, Sumqayıt sakinləri, Sumqayıt ictimaiyyəti bu səhnələri yüksək dəyərləndirərək daima teatra maraq göstərəcək”

Mən bu salonda çox dəyərli simaları görürəm. Bu gün Azərbaycan teatrı onlarsız təsəvvür oluna bilməz. O insanların böyük qismi məhz bu səhnədə fəaliyyətə başlamışdır. Rejisorluğa da, aktyorluğa da bu səhnədə başlayıblar. Mən yaradıcı kollektivə uğurlar arzu edirəm. Bu gözəl məkanda, gözəl yaradıcılıq mühiti formalaşdırmaq bizim üçün hava, su kimi lazımdır. Teatr cəmiyyətimizi, fikrimizi qabağa aparan bir qüvvədir. Mən əminəm ki, Sumqayıt sakinləri, Sumqayıt ictimaiyyəti bu səhnələri yüksək dəyərləndirərək daima teatra maraq göstərəcək və bu salonda bəlkə də biz boş yerləri heç vaxt görməyəcəyik. Mən əminəm ki, biz yaxın vaxtlarda Zakir müəllimlə bərabər yeni tamaşaların premyerasına gələcəyik, burda gözəl vaxtlar keçirəcəyik. Mən bu vaxtları səbirsizliklə gözləyirəm.

Azərbaycan teatrı öz dəyərli töhvələri ilə cəmiyyəti, xalqımızı zənginləşdirməlidir. Bu yolda Sumqayıt teatrının əməkdaşlarına, bütün sumqayıtlılara böyük uğurlar diləyirəm.”

SUMQAYİTXEBERCOM

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər