“Ədəbiyyat klubu”nun ilk qonağı yazıçı Varis oldu

1046

Yanvarın 23-də Sumqayıt şəhərində “Sağlam Düşüncə” Gənclər Təşkilatının təşəbbüsü ilə yaradılmış “Ədəbiyyat” klubu fəaliyyətə başladı. Layihənin müəllifi, həm də klubun koordinatoru Nilufər Elçinqızı bildirib ki, bu gün Azərbaycanda, xüsusən bölgələrdə mütaliə sahəsində böyük boşluqlar və problemlər var. Yeni nəşr olunan kitablar yayılmır, oxunmur, ədəbiyyata yeni gələn simalar tanınmırlar. Məhz buna görə də biz düşündük ki, Sumqayıtda belə bir klubun açılmasına ehtiyac var. Facebook sosial şəbəkəsində apardığımız sorğu da bunu təsdiqlədi ki, belə bir klubun yaranmasına tələbat və zərurət yaranıb. Əməyimizin nəticəsi olaraq “Ədəbiyysat klubu” yaradıldı.

İlk tədbirlərini keçirmək üçün “Ədəbiyyat klubu”na 31 saylı orta məktəbdən dəstək gəlib. Belə ki, məktəb direktoru Xanım müəllimə kluba tədbirləri keçirmək üçün bu təhsil ocağının mədəniyyət zalından istifadə etməyə icazə verib. Həmçinin N.Elçinqızı onu da qeyd edib ki, Sumqayıtda gənclər evinin də açılması onların arzusudur: ”Adətən, Sumqayıt gənclərini passivlikdə qınayırlar. Amma bizim kimi onlarla gənc var, onların da hər birinin həyata keçirmək istədiyi neçə-neçə layihələr, tədbirlər var ki, maddi və texniki resursların, hər hansı bir mərkəzin olmaması üzündən belə tədbirlər ya baş tutmur, ya da ideyalar yarımçıq qalır”.

Qeyd edək ki, “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatının bu təşəbbüsünü Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsi də təqdirəlayiq bir fəaliyyət istiqaməti hesab edir və dəstəkləyir. İdarənin rəsmisi Rüstəm Sadıqzadənin sözlərinə görə, belə təşəbbüslərin Sumqayıtda həyata keçirilməsi xoş, arzuolunan haldır və alqışa layiqdir.
Nəzərinizə çatdıraq ki, “Ədəbiyyat klubu”nun ilk qonağı yazıçı Varis Yolçuyev oldu. Onun 3-cü – “Sənə inanıram” kitabının Sumqayıtda ilk təqdimat mərasiminə Bakı və Sumqayıtın ali və orta ixtisas məktəblərinin tələbələri, məktəblilər, KİV nümayəndələri də qatılmışdılar.

Görüşü “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatının sədri Tofiq Sadıxov açaraq sözü yazıçıya verdi. Varis Yolçuyev bir qədər yaradıcılığl haqda danışdıqdan sonra oxucuların suallarını cavablandırdı. Bu görüşün baş tutmasında “Ədəbiyyat” klubunun təşkilat komitəsinin üzvü Elmir Ağayevin böyük əməyi olmuşdur. Bunun nəticəsi olaraq yazıçı ilə görüşə 146 oxucu gəlmişdi.

Ayda bir dəfə keçirilməsi nəzərdə tutulan “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatının “Ədəbiyyat” klubunun məqsədi gənclərə mütaliə mədəniyyətini aşılamaq, onları sadəcə oxumağa deyil, həm də oxuduqlarını təhlil etməyə təhrik etmək, yazıçı və şairlərlə oxucuların görüşlərini təşkil etməklə onlar arasında fakir mübadiləsinin aparılmasını təmin etmək, bu gün, bu sahədə yaranmış boşluğa balaca bir qatqıda bulunmaqdır.

Aygül Mehman

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Nihat
    Yanvar 24, 2011 - 12:25

    Maraqli idi. Kitablari oxumamiwam ama oxumaq isteyirem. Suallarin esasinda daniwilanlar gosderdi ki,kitabi oxumaqa deyer. Oxuduqdan sora kitab haqda fikirlerimi bildirecem. Tek naraziciligim sual verenler arasinda mende vardim ama mene catmadi 🙂

  • Sebuhi
    Yanvar 24, 2011 - 12:29

    Men bu tedbirin kecirilmesini cox yaxsi qiymetlendirirem. hem teskilati baximindan hemde menevi deyer terefinden. heqiqetende kitab oxumaq anlayisi cox zeifdir. bu ve bunun kimi tedbirlere seherimizin cox ehtiyaci var. Umud edirem ki SDGT-nin “Edebiyyat klubu”nun teskilatcilari basda Nilufer xanim olmaqla butun SDGT-nin uzvleri ellerinden geleni esirgmeyecekler ve bizi bir cox yazarlarla gorusdurecekler. her birinize oz adimdan minnatdaram.
    Hormet ve sevgilerle Sebuhi…

  • Vusale
    Mart 10, 2011 - 10:41

    Varsin Baii edebiyatdan olan sonuncu olen umidlerdir-romanini oxsuyanda mene cox etsir etmisdi.Indiyedek hec bir roman meni ozune celb etmemisdi..Istetiyerdimki diger romanlarinida oxuyum..Hardan elde etmek olarr? Bilmek isterdim..

  • Vusale
    Mart 10, 2011 - 10:44

    Varisin Bedii edebiyatdan olan Sonuncu olen umidlerdir-romanini oxuyanda mene cox etsir etmisdi.Indiyedek hec bir roman meni ozune celb etmemisdi..Istetiyerdimki diger romanlarinida oxuyum..Hardan elde etmek olarr? Bilmek isterdim..

  • nigar…
    Fevral 25, 2012 - 15:19

    men sizin eserlerinizin 4de oxumusam cox da beyenmisem axirici oxudugum eseriniz 77ci gun eseridi bu eseriniz digerlernden cox ferqlenir bu eserinizide beyendim cox sevdim.sizin eserlerinizden basqa hec kimin eserlerini oxmuram cunki mende he bir maraq oyatmir sizin eserleriniz sise bir basqadir insana heyat dersi verir sanki.boyuk hevesle diger eserinizi gozleyirem size ugurlar.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər