Əhali arasında yayılan xəstəlik nədir? - AÇIQLANDI

1124
Bu gün Bakıda əhali arasında rast gəlinən xəstəlik kəskin respirator virus xəstəliyidir.
Trend-in məlumatına görə, bunu Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş terapevti Rəhilə Əliyeva deyib.
Onun sözlərinə görə, xəstəliyin ağırlaşmaması üçün özündə zökəm əlamətlərini hiss edən şəxslər həkimə müraciət etsinlər.
R.Əliyeva qeyd edib ki, xəstəliklərlə bağlı müraciətlər daha çox mövsüm ərzində – sentyabr-may aylarında daxil olur.
R.Əliyeva bildirib ki, mövsüm ərzində daha çox tənəffüs sistemi, ürək-damar sistemi, mədə-bağırsaq, sümük-oynaq xəstəlikləri ilə bağlı müraciətlər edilir.
Baş terapevt əlavə edib ki, Kliniki Tibbi Mərkəzin iki terapevtik şöbəsinə ötən ilin sentyabr-dekabr aylarında 378 müraciət daxil olub: “Müraciətlərin sırasında ilk yeri ürək-damar sistemi xəstəliklərinə görə edilən müraciətlər tutur. Qeyd edilən müddətdə 113 nəfər xəstəxanaya müraciət edib və stasionar müalicə edilib. Sonrakı yerləri isə bronxial astma, pnevmaniya, tənəffüs yollarının iltihabı və s. tutub”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər