Bakı və Sumqayıt arasında dəmir yolu infrastrukturu yenidən qurulacaq.
Bu bərədə “Report”un sualını cavablandırarkən “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov deyib.
Onun sözlərinə görə, hazırda bu məsələ gündəlikdədir və bunun üçün böyük məbləğdə investisiya tələb olunur: “Qatarların gecikməyi dünyanın hər yerində olur. Qeyri-normal hava şəraitində gecikmələr, texniki problemlər baş verir. Bizim dəmir yollarında bunun köklü səbəbi köhnə infrastrukturla əlaqəlidir”.
“Burada əsas amil ondan ibarətdir ki, infrastruktur yenidən qurulacağı zaman sərnişinlərdə qatarın fəaliyyətinin dayanması ilə bağlı növbəti narazılıq yaranacaq. Biz həm yenidənqurmanın aparılması, həm də sərnişinlərin qatarla hərəkətinə mane olmamaq üçün plan hazırlayırıq. Təbii ki, bu iki işi birdən həyata keçirmək mümkün deyil. Amma sərnişinlərin çox və az olduğu vaxtları nəzərə alıb, qatar intensivliyini aşağı salaraq bunu reallaşdırmaq mümkün ola bilər”, – deyə QSC sədri qeyd edib.
Müzakirə qapadılmışdır.