ADY Sumqayıt-Bakı elektrik qatarının piyada vurmasıyla bağlı məlumat yayıb

629

Bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub.

Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) “APA-Economics”ə verilən məlumata görə, vurulan şəxs hadisə yerində dünyasını dəyişib.

Hadisə hüquq mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər