Xəbər verdiyimiz kimi, bu gün Xətai rayonunda 1999-cu il təvəllüdlü Əhməd Əhmədov atasını, anasını, qardaşını, bacısını və onun azyaşlı övladını amansızlıqla qətlə yetirib.
Qeyd edək ki, oğlu tərəfindən qətlə yetirilən 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızı 59 saylı tam orta məktəbin direktoru olub.
Bacısı 1997-ci il təvəllüdlü Elmira Əhmədova isə ailəli olub. Onun əri işlə əlaqədar Rusiyada yaşayıb.
Yaxınlarının verdiyi məlumata görə, Əhməd Əhmədovun ciddi psixoloji problemləri olub. İddialara görə, ailə üzvləri onun xəstəxanada müalicə olunması əvəzinə, dərmanlarla ev şəraitində müalicəsini üstün tutublar.
Əhməd Əhmədov ana, atasını və qardaşını öldürməzdən əvvəl bacısı ilə onun azyaşlı övladını qətlə yetirib. Əhmədin bacısı ilə uşağının başını kəsdiyi bildirilir. O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qafqazinfo.az, Fotoda Əhmədin atası Mehman Əhmədov
Fotoda Əhmədin anası Pikə Əhmədova
Fotoda Əhmədin bacısı Elmira Əhmədova
Müzakirə qapadılmışdır.