Aktau-Sumqayıt marşrutu üzrə sualtı fiber-optik internet xətti çəkiləcək

414
Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin inşasına 2025-ci ildə start veriləcək.
sumqayitxeber.com məlumat verir ki, bunu Qazaxıstanın Baş naziri Oljas Bektenov bildirib.
“Bu il Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin inşasına başlanılacaq”, – o vurğulayıb.
Qeyd edək ki, kabel xəttinin uzunluğu 380 km olacaq və onun ötürücülük qabiliyyəti saniyədə 400 Tbit-ə çatacaq. Layihənin ümumi dəyəri isə 50 milyon ABŞ dollarından çox qiymətləndirilir. Sualtı fiber-optik rabitə xətti Aktau-Sumqayıt marşrutu üzrə keçəcək

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər