Almaniyanın Lüdviqshafen şəhərinin nümayəndə heyətinin Sumqayıt şəhərinə səfəri çərçivəsində silsilə tədbirlər təşkil olunub.
Sumqayıt Muğam Mərkəzində Almaniya nümayəndə heyətinin və Sumqayıt şəhər ictimaiyyətinin iştirakı ilə konsert proqramı keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Lüdviqshafen şəhərinin meri xanım Yutta Ştaynruk, nümayəndə heyətlərinin üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Vurğulanıb ki, Almaniyanın Lüdviqshafen şəhəri ilə Sumqayıt şəhəri arasındakı əlaqələr iki xalq arasında münasibətlər üçün möhkəm zəmin yaradıb.
Sumqayıt və Lüdviqshafen şəhərləri arasında partnyorluq əlaqələrinin inkişafındakı səmərəli fəaliyyətinə görə bir qrup şəxsə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib. Sumqayıt ictimaiyyəti adından Lüdviqshafen şəhərinə və Lüdviqshefen şəhəri adından Sumqayıt ictimaiyyətinə hədiyyələr verilib.
Daha sonra konsret proqramı təqdim olunub.
Müzakirə qapadılmışdır.