Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab Sumqayıt şəhərində səfərdə olub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, Sumqayıt şəhəri 1977-ci ildə Almaniyanın Lüdviqshafen şəhəri ilə qardaşlaşıb. Bu il Sumqayıtla Lüdviqshafenin qardaşlaşmasının 40 ili tamam olur. Bu münasibətlə may ayında tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Görüşdə son bir il ərzində Sumqayıt şəhərində həyata keçirilən layihələr, genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verilib. Şəhərin sosial-mədəni, iqtisadi inkişafından danışılıb.
Səfir Mixael Kindsqrab Sumqayıt şəhərinə səfərindən məmnunluğunu ifadə edib. Sumqayıt şəhərinə artıq üçüncü dəfə səfər etdiyini və bu səfərin sonuncu olmayacağına əmin olduğunu bildirib. Diplomat Azərbaycanın, eləcə də Sumqayıt şəhərinin sürətlə inkişaf etdiyini bildirib, gələcəkdə ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Mixael Kindsqrab 2016-cı ilin avqust ayından Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiridir.
Müzakirə qapadılmışdır.