6 ay və ya 1 il əczaçılıq kursu alanlar tibb mütəxəssisi deyil, bu işidə görə bilməz. Ancaq bütün apteklərdə fəaliyyət göstərənlərin əksərriyəti universitet deyil, kurs və kollec bitirənlərdir. Halbuki, yoxlama aparılsa, elədə tibbi bilikləri və vətəndaşlara bu sahədə xidmət göstərəcək səviyyədə deyillər.
Bunu mətbuata açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli deyib.
Onun sözlərinə görə, tibb kurslarının əvvəlcə qanuni və qanunsuz olduğuna nəzər salsaq deyə bilərik ki, onlar müvafiq formada sahibkarlıq subyektləri tərəfindən qanuni şəkildə həyata keçirilən fəaliyyətlərdir.Ancaq bu kursu bitirənlər hansı fəaliyyəti göstərə bilərlər? Təbii ki, bu kursu bitirənlər özləri üçün ilkin tibbi yardımın öyrənilməsi baxımından , kəskin təbbi fəlakət zamanı bir vətəndaşın, digər vətəndaşa qarşı ilkin yardımını, ən əsası isə müxtəlif dərmanlar haqqında bilgilərə yiyələnə bilərlər.
Müşfiq Məmmədli qeyd edib ki, Əmək müfəttişliyi və Səhiyyə nazirliyi bu əczaçılıq müəssisələrində yoxlama apararsa, bu kimi faktlara görə həmin şəxslər qanuna müvafiq şəkildə cəzalandırıla bilər. Çünki həmin şəxslər nə tibb fəaliyyəti ilə nə də ki, əczaçılıqla məşğul olması mümkünsüzdür. Onların aldıqları sənəd isə tibb fəaliyyəti göstərməsinə icazə vermir.
Ona görədə, həmin müəssisələrdə bu kursu bitirən şəxsləri işə götürən sahibkarlar diqqətli olmalıdır. Bu inzibati xətadır və insanların sağlamlığını risk altında qoyulmasına gətirib çıxara bilər.
Müzakirə qapadılmışdır.