Azərbaycan karateçisi, 5 dəfə dünya, 14 dəfə Avropa çempionu olan Rafael Ağayev ARB TV-nin “Onun sirri” verilişinin qonağı olub.
“Qara brilyant” ləqəbli karateçi anasının yolpulu üçün qızıllarını satdığını etiraf edib:
“Rusiyada keçirilən yarışa getməyə yolpulumuz yox idi, anam qızıllarını satdı. Yolpulumuzu düzəldib atamla yola düşdük. Azərbaycandan kənarda ilk qızıl medalımı qazandım. Onu da anama hədiyyə etdim. Daha sonralar anama bir çox hədiyyə aldım, amma anamın 32 qramlıq qızıllarının yerini heç bir hədiyyə verə bilməz”.