Anar Qasımlı: “İlin Vəkilinin Sumqayıtdan seçilməsi bizi sevindirir”

1018

Xəbər verdiyimiz kimi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Elşad İsayev dövlət hesabına göstərdiyi hüquqi yardım zamanı ən çox bəraət hökmünün çıxarılmasına nail olduğu üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə “İlin vəkili” mükafatına layiq görülüb.

Sumqayıt Regional Vəkil Bürosunun  müdiri Anar Qasımlı bununla bağlı “sumqayitxeber.com”a açıqlama verib.

Anar Qasımlı bildirib ki, Sumqayıt Regional Vəkil Bürosu yarandığı gündən qanunun tələblərini əldə rəhbər tutub: “Vəkillərimizin hər biri Vəkil Andına sadiqdir, öz peşə borclarını vicdanla yerinə yetirirlər. İstər dövlət hesabına, istərsə də müqavilə olsun, vəkillərimiz bütün işlərə eyni dərəcədə münasibət bəsləyirlər. Bu təkcə özümüzün özümüzə verdiyimiz qiymət deyil, bu yaxınlarda Büromuzun 5 illik yubiley tədbirində çıxış edən hüquqmühafizə orqanlarının rəhbərlərinin, məhkəmə nümayəndələrinin rəyi belə oldu ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri fərqlənirlər. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Elşad İsayevin “İlin vəkili” mükafatına layiq görülməsi bizi sevindirir. O, bir il ərzində dövlət hesabına göstərdiyi hüquqi yardım zamanı ən çox bəraət hökmü alan vəkildir. İl ərzində 4 bəraət hökmü nün çıxarılmasına nail olub. Bu, yalnız bir vəkilin – Elşad İsayevin nəticələridir. Amma Büromuzda digər bəraəti olan vəkilləri də var. Ümumilikdə il ərzində təxminən Büromuzun vəkillərinin aktivində 10-dan artıq bərait hökmləri var. Eyni zamanda, nəzərə alsaq ki, müqavilə əsasında baxılan işlərdə də bəraət hökmünün çıxarılmasına nail olunub, bu, bürou üçün böyük rəqəmdir. Bu il Sumqayıt Regional Vəkil bürosu üçün bu mənada səmərəli il olmuşdur. İnanırıq ki, vəkillərimiz növbəti illərdə də səmərəli xidmət göstərəcəklər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər