“AQS dental center” tövsiyə edir

1948

Burksizm alt və üst çənə dişlərinin bir birinə sürtülməsidir. Dişləri qıcamaq və ya bir -birinə sürtmək kimi bilinən bir vərdişdir.
Əsas yuxu zamanı yaranır və ağrı baş verənədək xəstənin bundan xəbəri olmur. Bu xəstələr yuxudan oyanarkən oynaqlarda çeynəmə əzələlərində, diş diblərində hətta baş və boyun nahiyyəsində ağrı hiss edirlər.
Səbəbləri:
-Diş sırasının,dişlərin qüsurları,
-Düzgün qoyulmamış plomb,
-Düzgün hazırlanmamış ortopedik konstruksiya (qapaq,protez və s.)
-Kiçik yaşlarda keçirilmiş bronxiol astma,allergik xəstəliklər
-Günlük stres və s.
Müalicə olunmadıqda dişin sərt toxumalarında aşınma, dişlərdə qırılma, diş əti problemləri, çənə sümüklərində ağrı kimi problemlər ola bilər. Hətta çənənin kilidlənməsi baş verə bilər.
Klinikamızda bununla əlaqədar müalicələr aşağda sıralanmışdır.
Müalicəsi:
1.Kappalar-qoruyucu xarakterli: yatmazdan əvvəl taxılır.
2.Sakitləşdirici terapiya.
3.Diş sırası,dişləm problemlərinin mülicəsi.
Hər bir Sumqayıtlı, “AQS dental center”ə müraciət edərək daha ətrafli məlumat və müalicə ala bilər.
“AQS dental center”in
Həkim-stomatoloqu Nuranə Mirzəyeva

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər