”AQS dental center”in direktor müavini və baş implantoloqu Dr.Nihad Əliyev bildirir ki, eyni anda diş çəkimi və implantasiya ”AQS dental center”də adi bir haldır. Budəfəki yazımızda bir pasiyentimiz haqqında oxuyucularımızı məlumatlandırmaq istərdik.
•Pasiyent – 60 yaş (kişi)
Pasiyent kilinikaya müraciət etdikdə ağızdan qoxu gəlməsi, dişlərin laxlaması və bunun nəticəsində qida qəbulunun pozulması, estetik sorunlar idi. (səkil-1 Panoram və ağız içi dişlərlə bir).
İmplantoloji müayinədən sonra pasiyent laboratoriyaya göndərilərək qan müayinələrindən keçirildi və onunla immeiat implantasiya əməliyyatı planlaşdırıldı.
İmmediat implantasiya dedikdə – eyni seansda dişlərin çəkilərək, implantlar yerləşdirilməsi əməliyyatı nəzərdə tutulur.
Əməliyyat zamanı yerli keyləşdirmə altında pasiyentin yuxarı çənəsindən 9 ədəd, aşağı çənəsindən isə 12 ədəd diş çəkilərək müvafiq olaraq yuxarı çənəyə 8 ədəd, aşağı çənəyə isə eyni zamanda 7 ədəd implant yerləşdirildi və əlavə olaraq pasiyentə sümük toxuması və kollagen membran da qoyuldu (şəkil 2 -ağız içi və panoram).
Pasiyentin işdən və sosial həyatdan ayrılmaması üçün qısa bir zamanda ona müvəqqəti dişlər də düzəldildi (Protezli şəkil).
Müzakirə qapadılmışdır.