"Aqua Park"da baş verən faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

4314

Novxanıda yerləşən “Aqua-Park”da baş verən ölüm hadisəsinin bəzi təfərrüatları ortaya çıxıb.

Lent.az-a açıqlama verən əyləncə mərkəzinin meneceri Sevinc Rəşidova bildirib ki, hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları var və məsələni araşdırırlar:

“Bizi yaxına buraxmırlar. Ona görə ölən şəxsin kimliyi bilmirəm. Mərhumu morqa aparıblar. Bildiyimiz odur ki,  Azərbaycan vətəndaşıdır.  Bizə belə bir məlumat daxil olub ki, həmin şəxsin hər hansısa bir xəstələliyi, konkret olaraq qıc olması olub”.

Menecer onu da qeyd edib ki, istirahətə gələn şəxslərin toqquşmasından söhbət gedə bilməz: “Toqquşma  halı ola bilməz. Bizdə hər yerdə- yuxarıda və aşağıda nəzarət var. Hazırda nəzarətçilər hüquq-mühafizə orqanı nümayəndələri tərəfindən dindirilirlər”.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə isə, əyləncə mərkəzində istirahət edən 1983-cü il təvəllüdlü Zamiq Nağıyev attraksiondan yıxılaraq ölüb.

17:26

***

Novxanıda yerləşən “Aqua Park” əyləncə mərkəzində ölüm hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, əyləncə mərkəzində olan attraksionda insanlar arasında toqquşma baş verib və bir nəfər həyatını itirib.

Əyləncə mərkəzinin meneceri Sevinc xanım (soyadı dəqiqləşdirilməyib) faktı təsdiqləyib. O bildirib ki, hazırda həmin yerə gedir: “Mənə məlumat veriblər. Lakin həyatını itirən vətəndaşın şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Hadisənin necə baş verdiyindən xəbərsizəm”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə bildirib ki, bu barədə mətbuat xidmətində məlumat yoxdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər