Arzu Nağıyev komitə sədri seçildi

557

Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.

Komitə sədri seçilənlərin arasında Arzu Nağıyev də var. O, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri seçilib.

Arzu Nağıyev 1985–1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazirliyinin 4 saylı trestində iqtisadçı və baş iqtisadçı vəzifələrində işləmiş, 1987–1989-cu illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) Nərimanov rayon Komitəsinin təlimatçısı və şöbə müdiri olmuşdur.

1989–2011-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olmuş, əməliyyat müvəkkili-şöbə rəisi vəzifələrində çalışmışdır.

2011–2021-ci illərdə “Trend” Beynəlxalq İnformasiya Agentliyi baş direktorunun müavini olmuşdur.

2020-2024-cü illərdə Azərbaycan Milli Məclisinin VI çağırış deputatı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən 2023-cü ildə “Şöhrət” ordeni, 2024-cü ildə isə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər