“ATS FOOD” MMC şirkəti və Xidməti Sahələr üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Memorandumun çərçivəsində tərəflər gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
Xüsusilə məzunların və işsiz gənclərin işlə təmin olunması məsələləri müzakirə edilib. “ATS FOOD” MMC şirkəti rəsmi müqavilənin imzalanmasının kadr ehtiyatlarının yaranmasında və savadlı gənc kadrların şirkətə cəlb olunmasında mühüm rol oynayacağını bildirib.
Bu əməkdaşlıq Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin məzunları üçün yeni iş imkanları yaradacaq və onların peşəkar bacarıqlarının artırılmasına töhfə verəcəkdir.
Müzakirə qapadılmışdır.